EN

Tahir Salahovun da ulduzu açıldı

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 18-də “Sea Breeze” kurort şəhərində Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahovun adını daşıyan ulduzun açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, rəssamlıqda sərt üslubun qabaqcıllarından biri olan Tahir Salahov çoxlu milli və beynəlxalq mükafatlara layiq görülərək, özündən sonra mühüm mədəni iz qoyub. Ulduzu Tair Salahovanın qızı, rəssam, heykəltəraş və qalereya sahibi Aydan Salahova, həmçinin onun nəvələri Dan Sultanov və Kayhan Salahov açıblar.

"O, Nardaranı dünyada məşhurlaşdırıb. Bu, onun enerji mənbəyi, dəstək, ilham mənbəyi olub. Biz onun ulduzunun burada olacağına şadıq", deyə Dan Sultanov Tair Salahovun inanılmaz diqqət və ilhamla saatlarla, dayanmadan necə işləməsindən danışıb, xatirələrini bölüşüb.

Tədbir çərçivəsində “Nine Senses” incəsənət mərkəzində ustadın həyat və yaradıcılığından bəhs edən rəssam Kayhan Salahovun hazırladığı videoarxiv materialları nümayiş edilib - Tahir Salahovun rəsmləri, müsahibələri, əsərlərini yaratdığı Nardarandakı evdən kadrlar təqdim olunub. Həmin filmdə o, həyatının əlamətdar anları ilə bağlı xatirələrini, albom və rəsm əsərlərinin ərsəyə gəlməsinin rəvayətlərini – Xəzər sahilində ərlərini, atalarını, qardaşlarını səbirsizliklə gözləyən “Abşeron qadınları”nın kollektiv obrazından tutmuş Qara Qarayevin və Fikrət Əmirovun məşhur portretlərinə qədər xatirələrini bölüşür.

Video nümayiş oktyabrın 19-da saat 10:00-dan 18:30-a kimi “Nine Senses” İncəsənət Mərkəzinin B zalında geniş ictimaiyyət üçün açıq olacaq. Giriş pulsuzdur.

Qeyd edək ki, Sea Breeze Sea Breeze Walk of Fame Azərbaycanda mədəniyyət və incəsənətin görkəmli xadimlərinə həsr olunmuş ilk və yeganə Şöhrət Xiyabanıdır. Hazırda burada Müslüm Maqomayev, David Foster, Rüstəm və Maqsud İbrahimbəyovlar, Vaqif Mustafa - Zadə, Anar Məmmədxanov və başqalarının da daxil olduğu 38 nəfərin adı əbədiləşdirilib. Şöhrət Xiyabanı görkəmli şəxslərin qlobal mədəniyyət və incəsənətə verdiyi töhfələrin tanınmasını əks etdirən yeni adlar əlavə etməkdə davam edir.

Chosen
125
hafta.az

1Sources