EN

Ramiz Mehdiyevin səs yazısı: "Mənə sual verməyin"

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə edilmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirməkdən boyun qaçırıb.

Far.Az xəbər verir ki, Manset.az-ın suallarını cavablandırarkən jurnalistin ona "Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına "Onunla bağlı mənə sual verməyin" deyə bildirib.

Daha sonra jurnalistin növbəti dəfə təkidlə "Yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz?" sualına isə "Yenə də deyirəm, o barədə sual verməyin" deyərək cavab verib.

İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.

Həmin səs yazısını təqdim edirik:

Chosen
40
24
far.az

10Sources