BAKI, 20 oktyabr. TELEQRAF
“Son vaxtlar Gürcüstanda baş verən hadisələr Avropada böyük məyusluq doğurub”.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın Avropa işləri üzrə dövlət katibi Günter Krikbaum deyib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin fəaliyyəti qəbuledilməzdir və bu məsələ ilə bağlı bütün variantlar nəzərdən keçirilir.
“Əlbəttə, bütün variantlar nəzərdən keçirilir. Gürcüstanda son vaxtlar baş verən hadisələr Avropa yanaşması baxımından böyük məyusluq yaradıb. Biz vətəndaşların tərəfindəyik, onlara dəstək oluruq, amma hökumət və onun fəaliyyəti qəbuledilməzdir. Buna görə də, dediyim kimi, bütün variantlar nəzərdən keçirilir”, - Günter Krikbaum qeyd edib.