EN

Gümrünün meri korrupsiyada ittiham olunur

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Armenpress” agentliyinə sitinadən xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi belə məlumat yayıb. “Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində Gümrü şəhər meriyasında istintaq hərəkətləri davam etdirilir. Əlavə məlumat daha sonra veriləcək”, - agentliyin öz Telegram-kanalında yerləşdirdiyi məlumatda deyilir. Komitə əvvəlcə Gümrü meri Vardan Qukasyanın saxlanıldığı barədə məlumat versə də, daha sonra bəyanatını dəyişərək əlavə şərhlərin sonra açıqlanacağını bildirib.

Müxalifətçi Ermənistanın ikinci şəhərinin meri oldu

Digər təfərrüatlara varmayan komitə, həmçinin meriyadakı istintaq hərəkətlərinin cinayət işi çərçivəsində aparıldığını diqqətə çatdırıb.Erməni mediasının iddiasına görə, Gümrü meri “hazırda bələdiyyə binasındakı kabinetində təcrid olunub”. Bir müddət əvvəl isə, Vardan Qukasyanın oğluna qarşı hədə-qorxu ilə gəlir tələbi və ictimai əmlakı mənimsəmə ittihamı ilə cinayət işi açılıb.Xatırladaq ki, bu ilin aprelində Ermənistanın ikinci şəhəri Gümrünün meri seçilmiş Vardan Qukasyan Rusiya ilə Belarusa bənzər bir ittifaq dövlətinin yaradılmasına tərəfdar olduğunu bildirib. O, həmçinin 2026-cı ildə Ermənistanın baş naziri postuna namizəd olmaq istədiyini də açıqlayıb. Yeri gəlmişkən, iyul ayının sonlarında Gümrüdə hökumət vəsaiti hesabına tikilən fəvvarələrdə “Dolya vorovskaya” mahnısının səsləndirilməsi Ermənistanın baş naziri Nikol Paşinyanın sərt reaksiyasına səbəb olmuşdu. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
75
azvision.az

1Sources