EN

Politco: “Zelenski məsləhətə qulaq asmayıb”

AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “Politico” nəşrinin məlumatına görə, Zelenski ABŞ-nin Respublikaçılar partiyasının üzvlərinin çağırışlarına məhəl qoymayıb.

Lakin onun Donald Trampla qeyri-münasib anda baş tutan görüşü Ukrayna tərəfinin gözləntilərini doğrultmadı.

“Zelenskinin Vaşinqtona səfəri zamanı Amerika prezidentinin komandasının əksəriyyəti Yaxın Şərqdəki problemlərin həllinə fokuslandığından Ukrayna liderinə və onu maraqlandıran məsələlərə layiq olduqları diqqəti yetirə bilməyib”,- mənbə agentliyə deyib.

Tramp:“Kiyevə “Tomoqavk”lar verilməyəcək”
Respublikaçılar həmçinin Ukrayna prezidentinə danışıqlardan əvvəl “Tomaqavk” raketlərinin tədarükü məsələsini gündəmə gətirməməyi tövsiyə ediblər. Çünki Zelenski ilə görüşdən bir neçə saat əvvəl rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışan Donald Tramp Kiyevə silahların verilməsi ilə bağlı mövqeyini artıq açıqlamışdı.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 17-də ABŞ-də Amerika lideri Donald Trampla görüşüb. Bəzi media mənbələrinin məlumatına görə, danışıqlar gərgin keçib və Trampukraynalı həmkarına təzyiq göstərib. Nəticədə Zelenski görüşdən sonra mətbuat konfransını Ağ Evdən kənarda keçirməyə məcbur olub.

Sahil İsgəndərov
AzVision.az
Chosen
30
1
azvision.az

2Sources