EN

Ukraynada münaqişə sona yaxınlaşır - Zelenski açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkədəki silahlı münaqişə mümkün sona yaxınlaşır.

Publika.az xəbər verir ki, bu barədə Strana.ua nəşri məlumat yayıb.

Zelenskinin sözlərinə görə, müharibəyə bu qədər qısa zamanda tam son qoymaq mümkün deyil.

“Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq, bunu sizə əminliklə deyə bilərəm. Lakin bu, hələ müharibənin bitdiyi demək deyil”, - deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Zelenski bir gün əvvəl Rusiyaya ərazi verməkdən imtina etdiyini bəyan etmişdi.

Chosen
131
publika.az

1Sources