EN

Gümrü meriyası elektriksiz qaldı – mer və 7 əməkdaş saxlanıldı

Ajans.az xəbər verir ki,bu barədə meriyanın müşaviri Lilit Aqekyan məlumat verib. “Bu, çox güman ki, xüsusi əməliyyatın bir hissəsidir”, – deyə o, canlı efirdə bildirib. Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları meriya binasının arxa girişini bağlayaraq, binaya daxil olan şəxslərin qarşısını alıblar. Hadisə yerinə toplaşan vətəndaşlar fit çalaraq “Ayıb olsun” şüarları səsləndirirlər.

Məlumata görə, şəhər meri Vardan Qukasyan binada təcrid olunub və onun binadan çıxarılmasına hazırlıq görülür.

Chosen
55
Ajans.az

1Sources