EN

“Nottingem Forest” portuqaliyalı mütəxəssisə görə Fulhem ə təzminat ödəməyə hazırdır

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Fulhem"in baş məşqçisi Marko Silva, avstraliyalı baş məşqçi Angelos Postekoqlunun istefaya göndərilməsindən sonra "Nottingem Forest"i çalışdırmağa namizədlər arasındadır. Sport24.az insayder Canluka Di Marsioyaya istinadən xəbər verir ki, "meşəçilər" portuqaliyalı baş məşqçiyə görə "Fulhem"ə təzminat da ödəməyə hazırdı. 

Mənbənin sözlərinə görə, klub rəhbərliyi Marko Silvanın xidmətində maraqlıdır və ona yüksək maaş da verməyi planlaşdırır. 

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, "Nottingem Forest"in italiyalı Roberto Mançini ilə danışıqları uğursuzluqla nəticələnib və "Everton"un keçmiş baş məşqçisi Şon Dayş də vakant yerə namizəddir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
102
sport24.az

1Sources