EN

Luvr muzeyindən Napoleon və imperatriçənin zinət əşyaları necə oğurlanıb? – TƏFƏRRÜAT / FOTOLAR

Fransanın məşhur Luvr muzeyindən fransız kraliçalarına və imperator Yevgeniyaya məxsus tarixi qiymətli zinət əşyaları oğurlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Dünən baş vermiş oğurluq hadisəsində naməlum şəxslər Luvrdakı Apollon Qalereyasına soxulublar. Onlar iki yüksək səviyyəli təhlükəsizlik vitrinini sındıraraq, misilsiz tarixi dəyəri olan doqquz əşyanı oğurlayıblar.

İstintaq ehtimal edir ki, oğurluqda dörd nəfər iştirak edib: ikisi sarı jilet geyinib və ehtimal ki, işçi qiyafəsində olub, digər ikisi isə cinayətkarların qaçdığı skuterlərdə gözləyib.

Napoleon və imperator Yevgeniyanın cəmi doqquz zinət əşyası oğurlanıb. Onlardan ikisi – sınmış tac və adı açıqlanmayan daha bir zinət əşyası artıq tapılıb.

Fransa daxili işlər naziri Loran Nunyes bildirib ki, oğurluq yeddi dəqiqə ərzində baş verib. Sonradan muzey ziyarətçilər üçün bağlandı.

Fransa prezidenti Emmanuel Makron əmin edib ki, soyğunçuluğa görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb olunacaq.

Xatirə SADİQ

Chosen
27
nocomment.az

1Sources