Qanada cinayətkar qrup tərəfindən qaçırılan seneqallı futbolçu Şeyk Ture ölü tapılıb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı qolkiperin qaçırılaraq qətlə yetirildiyi güman edilir.
İddiaya görə, futbolçuya əvvəlcə peşəkar klubda baxışda olacağı, daha sonra isə onunla rəsmi müqavilə imzalanacağı vəd edilib. Daha sonra isə onun ailəsindən pul tələb olunub. İstənilən məbləği toplamaq mümkün olmadığında Ture cinayətkarlar tərəfindən qətlə yetirilib.
Qana hakimiyyəti hazırda hadisənin dəqiq səbəbini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.