Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 20-də günorta saatlarında Nohurqışlaq kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı maşın, 99-EU-068 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Opel” yol kənarına düşüb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.