EN

Qətldə təqsirləndirilən yeniyetmələrə hökm oxundu

BAKI, 20 oktyabr. TELEQRAF

Bakıda söyüş üstündə törədilmiş qətldə təqsirləndirilənyeniyetbmələrElmidarMəmmədquliyev və Qismət Nağıyevin cinayət işi üzrə növbəti məhkəmə araşdırması yekunlaşıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

ElnidarMəmmədquliyev və Qismət Nağıyevin hər biri 7 il 9 ay azadliqdan məhrum edilib.

Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin iyununda yetkinlik yaşına çatmayan Qismət Nağıyev və ElmidarMəmmədquliyev doğum günü münasibətilə "Huqqa" restoranına gediblər. Gecə saatlarında "McDonald's" yaxınlığında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan Nicat Bədəlovla aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər "Əcəmi" metrosu yaxınlığına gediblər. Orada ElmidarMəmmədquliyev bıçaqla Nicat Bədəlova hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. Nicat hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.

Hadisədən sonra ElmidarMəmmədquliyev və Qismət Nağıyev saxlanılıb. Hər ikisinə qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Chosen
13
4
teleqraf.com

10Sources