EN

Zığ dairəsi–Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənvətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcədə yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlərardıcıl şəkildə davam etdirilir.

Trend xəbərverir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə Suraxanı rayonunun Bahar və DədəQorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yolunabirləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işlərihəyata keçirilir. Yanaşma yollarının ümumi uzunluğu 1600 metrtəşkil edir.

Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur.Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasınıntikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinəyetirilməsi nəzərdə tutulur.

Layihənin icrası nəticəsində yolboyu hərəkət daha darahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçininBahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–HavaLimanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.

Bununla yanaşı, hazırda Bahar və Dədə Qorqud qəsəbələrinibirləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsiişləri görülür.

Aparılan bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”nauyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininrəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Məqalədə:
Chosen
73
15
az.trend.az

10Sources