Sea Breeze

Azərbaycanın səhiyyə sektorunda ən mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” payızda yenidən səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirəcək. Sərgi 2025-ci ilin 30 oktyabr-1 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq.

“Medinex” sərgisi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfində dəstəklənir.

Azərbaycanın əczaçılıq sektorunda lider mövqeyə yüksəlmiş və istehlakçıların etibarını qazanmış “Zeytun Pharmaceuticals” şirkəti ikinci ildir ki, “Medinex” sərgisinin rəsmi sponsoru qismində çıxış edir. 2025-ci ildə sərginin qızıl sponsoru olan şirkətin dəstəyi sərginin əhəmiyyətini bir daha vurğulayır və səhiyyə sektorunda tərəfdaşlıqların genişlənməsinə mühüm töhfə verir.

“Zeytun Pharmaceuticals” şirkətindən bildirmişdir ki, “Medinex” sərgisi səhiyyə sektoru üçün çox vacib bir tədbirdir: “Zeytun Pharmaceuticals olaraq biz Medinex sərgisini ölkənin səhiyyə sektorunda ən vacib platformalardan biri hesab edirik. Burada iştirak bizim üçün yalnız məhsul və xidmətlərimizi təqdim etmək imkanı deyil, həm də səhiyyə sahəsində mövcud tərəfdaşlıqları gücləndirmək və yeni əməkdaşlıqlar qurmaq üçün unikal fürsətdir. Bu il Qızıl Sponsor kimi dəstəyimiz sərginin əhəmiyyətini bir daha göstərir və Azərbaycanın səhiyyə sektorunun davamlı inkişafına verdiyimiz töhfəni nümayiş etdirir.”
Hazırda Azərbaycan, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan 70-ə yaxın şirkət sərgidə iştirakını təsdiq etmişdir.

“Medinex” səhiyyə və tibb sahəsinin əsas sektorlarını əhatə edəcəkdir. Sərgi çərçivəsində gözəllik sahəsini əhatə edən “Beauty Azerbaijan” sektoru üzrə məhsul və xidmətlər nümayiş olunacaqdır.

Ənənəvi olaraq, bu il də “Medinex” sərgisinin təqdimat zonasında tibb sahəsinin önəmli mövzularını əhatə edən panel müzakirələri təşkil ediləcək. Tədbir çərçivəsində həmçinin “Kalgari–Kembric modeli: İlkin konsultasiyanın beynəlxalq standartları” mövzusunda maraqlı seminar keçiriləcək. Sessiya zamanı ilkin pasiyent konsultasiyası prosesində beynəlxalq təcrübələr və müasir yanaşmalar təqdim olunacaq.

“Medinex 2025” sərgisi səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm səmərəli müstəvidir. Sərgi səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlər üçün unikal imkanlar təqdim edir. Burada iştirakçılar həkimlər, klinikalar, distributorlar və investorlarla birbaşa ünsiyyət quraraq yeni tərəfdaşlıqlar formalaşdırmaq fürsəti əldə edirlər. Sərgi eyni zamanda tibbi avadanlıqlar, süni intellekt, laboratoriya texnologiyaları və farmasevtik yeniliklər də daxil olmaqla ən son texnologiya və innovasiyaların təqdimat platformasıdır. Bundan əlavə, sərgi çərçivəsində B2B və B2G görüşləri vasitəsilə yerli və beynəlxalq əməkdaşlıqlar üçün konkret perspektivlər açılır.

Sərginin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.

“Medinex” sərgisinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir.

2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, “Ibis Baku City”, florist tərəfdaşları “Gloria Flowers” və “Buketeria”, səyahət tərəfdaşı “Greenwich Travel Club” şirkəti, rəsmi “outdoor” reklam tərəfdaşı “Bilbord.al” şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləri çıxış edir.

Sərgi ilə bağlı daim yenilənən məlumatı sərginin internet səhifəsindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX