EN

Gümrüdə meriya əməkdaşları ilə xüsusi təyinatlılar arasında qarşıdurma - mer həbs edildi...


Erməni mediasının məlumatına əsasən, Gümrünün meri və daha 7 nəfəri saxlanlıb. Qeyd edilir ki, Ermənistanın Antikorrupsiya Komitəsinin apardığı genişmiqyaslı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gümrünün meri ilə baş memarın əvvəlcədən razılaşma əsasında rüşvət alması barədə faktiki məlumatlar əldə edilib.

Antikorrupsiya Mərkəzinin məlumatına əsasən, şəhər merinin və daha 7 nəfərin saxlanılması barədə qərar qəbul edilib.

Həmçinin, İstintaq Xidmətində bildirirlər ki, saxlanılan cinayətkar qrupun üzvləri konspirativ və korrupsiya sxemləri ilə fəaliyyətlərini davam etdirmək məqsədilə Gümrü şəhərinin İctimai Şurasının üzvləri haqqında məlumat əldə etmək məqsədilə onları izləyirlərmiş, bununla da onları şantaj edirmişlər.

Antikorrupsiya Xidmətində işin istintaqının davam etdiyini bildirirlər.

Bundan əvvəl Gümrü meriyasında əməkdaşlarla xüsusi təyinatlı dəstənin üzvləri arasında qarşıdurma baş verməsi haqda məlumat yayılıb. Bildirilir ki, Gümrünün meri Vardan Qukasyanın oğluna qarşı hədə-qorxu ilə tələb etmə və əmlakı mənimsəmə işi üzrə istintaq başladılıb.

TAHİR

Chosen
28
baki-xeber.com

1Sources