EN

Qarayara, çiçək və infeksion nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınmasına 1.4 milyon xərclənəcək

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün qarayara, çiçək və infeksion nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınmasına 1 408 822 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, peyvənd vasitələri “Epidbiomed” MMC-dən alınacaq.

 

Agentlik və MMC arasında müqavilə bağlanıb.

 

Cabir

Tarix: 20 Oktyabr 2025, 17:33   
Chosen
85
pravda.az

1Sources