EN

Alman general xəbərdarlıq etdi: Rusiya müharibədə qalib gəlsə...

BAKI, 20 oktyabr. TELEQRAF

Ukraynada müharibə gözlənilməzliklərlə dolu olsa da, cəbhə xətti kifayət qədər statik olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə hərbi analitik Frans-Stefan Qadi “The New York Times” (ABŞ) qəzetinə şərhində bildirib.

“Əlbəttə, müharibə gözlənilməzliklərlə doludur, amma cəbhə xətti kifayət qədər statik olaraq qalır. Həm Rusiya, həm də Ukrayna qoşunları çətin ki, yaxın 6 ayda irəliləyişə nail ola bilsin”, - fransalı ekspert deyib.

Analitikin fikrincə, rusların sıçrayış üçün hərbi imkanları yoxdur, Ukraynada da insan resursları çatışmır: “Hadisələrin hazırkı trayektoriyası Ukrayna üçün pisdir, amma fəlakətli deyil”.

Almaniya Birgə Qüvvələrinin komandanı general-leytenant Aleksandr Zolfrank jurnalistlərə bildirib ki, Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq istəmir: “Kreml sahibi dayandırılmalıdır”.

General əmindir ki, Rusiya qalib gəlsə, müharibədən sonrakı dünya risk altında olacaq. Zolfrank bunun qarşısını almaq üçün ölkələri Ukraynaya dəstəyi artırmağa çağırıb.

Chosen
11
2
teleqraf.com

3Sources