EN

Ukrayna hip-hopunun “xaç atası” VƏFAT ETDİ

Ukrayna hip-hopunun “xaç atası” vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukrayna musiqi səhnəsinin tanınmış nümayəndəsi, “Green Grey” qrupunun lideri və ölkədə hip-hop janrının əsasını qoyanlardan biri sayılan Andrey Yatsenko (Diezel) 55 yaşında dünyasını dəyişib.

Yerli KİV-lərin məlumatına görə, onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Diezel 1990-cı illərin əvvəllərində yaranmış “Green Grey” qrupunun siması idi və “Yağış altında”, “MF (Mazefaka),” “Emiqrant”, “Arqumentlər və Faktlar” kimi hitləri ilə tanınırdı.

Onun yaradıcılığı postsovet məkanında yeni musiqi üslubunun formalaşmasına və gənclər arasında hip-hop mədəniyyətinin yayılmasına böyük təsir göstərib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
30
interpress.az

1Sources