EN

Qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib

Qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun açılış oyununda “Azərreyl” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin keçən qarşılaşma “DH Volley” kollektivinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Qeyd edək ki, Yüksək Liqanın II turunun digər oyunları oktyabrın 21-də və 23-də baş tutacaq. 

Chosen
38
90deqiqe.az

1Sources