Gümrü meri Vardan Qukasyanın ofisində axtarış aparılır.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılır.
Mərin vəkili Aramayis Ayrapetyan bildirib ki, Qukasyan rüşvət almaqda deyil, guya rüşvət tələb etməkdə ittiham olunur.
Onun sözlərinə görə, yayılan audioyazılar kontekstdən çıxarılıb və əmlak vergiləri və ya digər qanuni ödənişlərlə bağlı ola bilər.
Vəkil əlavə edib ki, Qukasyan özünü təqsirli hesab etmir və ittihamları əsassız sayır.
Xuraman Etibarlı
İnterpress.az