EN

Art Weekend: Bakı mədəniyyət təşəbbüsünün əsas səhnəsinə çevriləcək

Bakı. Trend:

31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEAİctimai Birliyinin təşkilatçılığı, Azərbaycan RespublikasınınMədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda incəsənət festivalıkeçiriləcək. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.

Trend xəbərverir ki, layihənin məqsədi Bakını qlobal səviyyədə əks-sədayaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəliffikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verənmədəniyyət paytaxtı kimi təqdim etməkdir.

Üç gün ərzində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi birhəftəsonu gözləyir.

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Flyto Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonuBakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.

Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən ArtWeekend-in əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaqyaddaşın rəmzi olan su seçilib. Bu da təsadüfi deyil. Belə ki, suhəm yaradıcı impulsun metaforası, həm dəyişimin güzgüsü, həm dəinsan və təbiət arasında körpünün rəmzidir. Bu baxımdan su fəlsəfi,bədii və ekoloji baxımdan Art Weekend konsepsiyasının mərkəzindəyer alacaq.

Festival günlərində ziyarətçiləri Bakıda sərgilər, təqdimatlar,mühazirələr, ustad dərsləri, musiqi sessiyaları, ekskursiyalar,küçə rəsm layihələri, immersiv küçə teatrının layihələri ilətanışlıq gözləyir.

Festival Bakının müxtəlif incəsənət ocaqlarını – Heydər ƏliyevMərkəzi, İçərişəhər, Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi,Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, BakıMarionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsudİbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi,YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi ,Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Nine Senses” İncəsənətMərkəzi və digər məkanları əhatə edəcək.

Chosen
12
4
az.trend.az

5Sources