EN

Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər

Bakı. Trend:

Oktyabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev vəölkəmizdə səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri ErolÖzvar bu il Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul olunmuştələbələrlə görüşüblər. Görüşdə TAU-nun tərəfdaş universitetləriolan Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU), İstanbulTexniki Universiteti (İTU), Hacettepe Universiteti (HU) vəAzərbaycan Texniki Universitetinin (AzTU) rektorları da iştirakediblər.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı ali təhsilmüəssisəsində tədrisin beynəlxalq standartlar səviyyəsində,həmçinin ingilis dilində aparılmasının tələbələr üçün mühümimkanlar yaratdığı vurğulanıb. Erol Özvar və Emin Əmrullayevtələbələrin dərsləri ilə maraqlanıb, onların suallarınıcavablandırıblar.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə TAU-ya 92 tələbəqəbul olunub.

Dünyanın ilk “çətir universitet” modeli olan TAU-da tədristərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompütermühəndisliyi – ODTU, sənaye mühəndisliyi – İTU, qida mühəndisliyi –HU) uyğun olaraq ingilis dilində aparılır.

Chosen
57
13
az.trend.az

10Sources