BAKI, 20 noyabr. TELEQRAF
Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib.