Bakı. Trend:
Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin xüsusitapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran İslamRespublikasına səfər edərək, bu ölkənin xarici işlər naziri SeyidAbbas Ərağçi, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviriMehdi Sənayi və xarici işlər nazirinin müavini Kazem Qəribabadi iləgörüşlər keçirib.
Trend-inməlumatına görə, görüşlərdə Azərbaycan ilə İran arasında ikitərəflimünasibətlərin cari vəziyyəti, xüsusilə İran Prezidentinin ölkəmizəsəfərləri və bu səfərlər çərçivəsində Prezident İlham Əliyev vəPrezident Məsud Pezeşkian arasında əldə olunmuş mühüm razılaşmalarəsasında münasibətlərdə yaranmış yeni mərhələyə uyğun olaraq ikiölkə arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişafperspektivləri müzakirə olunub.
Tərəflər regionda təhlükəsizlik və sabitliyinmöhkəmləndirilməsi, habelə dərin tarixi, dini və mədəni bağlaraəsaslanan əməkdaşlığın genişləndirilməsinə yönələn dialoqun davametdirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrdə, həmçinin iki ölkə arasında həyata keçirilənenerji, nəqliyyat, infrastruktur və logistika layihələrinin icrasıvəziyyəti, Xəzər dənizində əməkdaşlıq məsələləri, habelə regiondamaraq doğuran digər mövzular ətrafında fikir mübadiləsiaparılıb.
Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyiningündəliyindən irəli gələn məsələləri nəzərdən keçiriblər.