EN

Deputat Əliyevin başı dərddə: Ölkədən qaçmağa hazırlaşır – Rusiya KİV

Leninqrad vilayətinin qanunvericilik məclisinin deputatı Sayad Əliyev Rusiya hüquq mühafizə orqanlarının qara siyahısına düşüb. Milyarder deputat hüquq-mühafizə orqanlarının ona qarşı “artan marağı”na görə, Rusiyadan qaçmağa hazırlaşır.

Bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.

Mənbələr iddia edir ki, hüquq-mühafizə orqanları Leninqrad vilayətinin Nevskaya Dubrovka kəndində qanunsuz torpaq mənimsənilməsi, həmçinin Sayad Əliyevə bağlı şirkətlər tərəfindən büdcə vəsaitlərinin ələ keçirilməsi faktlarını araşdırır.

Lisa BASILIO Teleqram kanalının məlumatına görə, Sayad Əliyev bizim ölkənin vətəndaşı olduğu üçün onun Azərbaycana qaça biləcəyi ehtimal edilir. Deputatın İsrail vətəndaşlığının da olduğu bildirilir.

Bildirilir ki, Sayad Əliyev əmək fəaliyyətinə Lendrevprom-da ağac emalçısı və taxta yığan kimi başlayıb. Daha sonra Xalturin adına Leninqrad 2 saylı ağac emalı zavodunda kommersiya işləri üzrə direktor müavini olub.

Bəzi məlumatlara görə, Sayad Əliyevlə Sankt-Peterburqdakı Azərbaycan diasporunun lideri, milyarder Vaqif Məmişov arasında uzun müddətdir ki, münaqişə yaşanır.

Qeyd edək ki, son vaxtlar Rusiyada Azərbaycan diasporunun bir neçə liderinə qarşı cinayət işi açılıb. Onların Rusiya vətəndaşlığı ləğv edilib, ardınca isə deportasiya qərarı verilib.

Globalinfo.az

Chosen
46
editor.az

1Sources