EN

İsrail Qəzzada öldürülən daha bir girovun qalıqlarını təhvil verdi

Qəzza zolağındakı İsrail qüvvələri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə anklavda ölən girovun qalıqlarının olduğu daha bir tabutu qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, hərbçilər yaxın vaxtlarda tabutu İsrailə təhvil verəcəklər və burada məhkəmə-tibb ekspertləri qalıqların tanınması prosedurunu aparacaqlar.

Qeyd edilib ki, “girovların qaytarılması üzrə işlər davamlı olaraq davam edir” və “qaçırılan şəxslərin sonuncusu qaytarılana qədər dayanmayacaq”.

Chosen
76
25
unikal.az

10Sources