EN

Aİ, Qara dəniz və Mərkəzi Asiya ölkələri əməkdaşlığı genişləndirmək barədə razılığa gəldi

BAKI, 21 oktyabr. TELEQRAF

Avropa İttifaqı Azərbaycan, Türkiyə və digər Qara dəniz və Mərkəzi Asiya ölkələri ilə birgə fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Lüksemburqda keçirilən “Regionlararası Təhlükəsizlik və Əlaqəlilik nazirlər görüşü”ndən məkum olub .

Görüşdə Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Kaya Kallas, genişlənmədən məsul komissar Marta Kos və beynəlxalq tərəfdaşlıqlar üzrə komissar Yozef Sikela təmsil edib.

Aİ Şurasının yaydığı məlumatda bildirilir ki, toplantıya Aİ ölkələri ilə yanaşı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistandan nümayəndələr qatılıb.

Qara dəniz ölkələri ilə keçirilən iclasda regionun təhlükəsizliyi və sabitliyi, Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə keçirilən ikinci sessiyada isə regionlararası əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Açıqlamada vurğulanıb ki, tərəflər ümumi əməkdaşlıq sahələrini genişləndirmək, eləcə də daha bağlı, təhlükəsiz və firavan regionların formalaşmasını təşviq etmək istiqamətində birgə səyləri davam etdirmək niyyətindədirlər.

Chosen
113
teleqraf.com

1Sources