ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə 11-ci səsvermə də uğursuz olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, layihə lehinə 50, əleyhinə isə 43 olmaqla 60 səslik baryeri keçməyib. 7 senator şatdauna son qoymaq üçün keçirilən səsvermədə iştirakdan imtina edib.
Layihə noyabrın 21-dək maliyyələşməni nəzərdə tuturdu.
Xatırladaq ki, ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaları nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar hələ də razılığa gələ bilmirlər. Demokratlar və Respublikaçılar bir-birilərini şatdauna təhrikdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.