EN

Lavrov və Marko Rubio arasında görüş baş tutmayacaq

ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş təxirə salınıb.

Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Ağ Evin sözçüsü Karolin Leavit bildirib ki, Rubio və Lavrov arasında görüş hələlik baş tutmayacaq, çünki onların Rusiyanın Ukraynaya təcavüzünün mümkün sona çatması ilə bağlı fərqli gözləntiləri var.

Xatırladaq ki, bu görüş ABŞ Prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putin arasında Budapeşt sammitindən əvvələ planlaşdırılmışdı.

Nəşr liderlərin görüşünün də təhlükə altında ola biləcəyini ehtimal edir.

Daşqın Həsənov

Missiya.Az

Chosen
66
50
missiya.az

10Sources