EN

Netanyahunun həbsinə söz verdi

Kanada İsrailin baş naziri Benyamin Netanyahunu ölkəsində olacağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni "Bloomberg"ə müsahibəsində bildirib.

Kanadanın Netanyahunu BCM-in orderi əsasında həbs edib-etməyəcəyi ilə bağlı suala Karni qəti şəkildə “bəli” cavabını verib, lakin ətraflı açıqlama verməyib. Baş nazir müsahibəsində həmçinin bildirib ki, Fələstin dövlətinin tanınması onun siyasətinin prioritetidir.

Qeyd edək ki, Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə zamanı hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar. Yəhudi dövləti ittihamları rədd edir.

Gülayə Mecid  

Chosen
21
1
unikal.az

10Sources