EN

Milli Məkan Məlumatları İnfrastrukturu ÜDM-ə 1-1,5% müsbət təsir göstərir - Nazirlik rəsmisi

Bakı. Trend:

Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasıölkənin iqtisadiyyatına birbaşa, yəni ümumi daxili məhsula (ÜDM)1-1,5% müsbət təsir edir.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetməşöbəsinin müdiri Anar Nərimanov "Kosmosdan gələn imkanlar: Kosmikmüşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlıtədbirində bildirib.

O qeyd edib ki, peyk təsvirləri iqtisadiyyata birbaşa və dolayıtəsirlər göstərir: "Bunu bir çox aspektlərdə qiymətləndirmək olar.Peyk təsvirlərinin iqtisadiyyata təsiri nədir dedikdə, Milli MəkanMəlumatları İnfrastrukturu layihəsini qeyd etmək istərdim.Araşdırmalarımız göstərir ki, Azərbaycanda Milli Məkan Məlumatlarıİnfrastrukturunun qurulması ölkənin iqtisadiyyatına birbaşa, yəniümumi daxili məhsula (ÜDM) 1-1,5% müsbət təsir edir. Eyni zamandapeyk təsvirləri digər sahələrə də birbaşa və yaxud dolayısı ilətəsir göstərir. Yəni peyk təsvirlərinin əsas istehsalçıları olanagentliklər onları müxtəlif məqsədlər üçün çəkirlər. Məsələn,sənaye, logistika, kənd təsərrüfatı və digər sahələrin inkişafınaxidmət edən peyk təsvirləri çəkilə bilər".

"Milli Məkan Məlumatları İnfrastrukturu bir çox komponentləri -normativ hüquqi bazanı, texnoloji və intellektual alətləri,standartları, bilik transferini və ölkənin rəqəmsal ekosisteminiformalaşdıran bir layihədir. Bir çox ölkələrin təcrübələriniöyrəndikdə məkan məlumatları ilə bağlı 1500+ məlumat laylarına rastgəlirik ki, bunun ilkini peyk təsvirləri əhatə edir", - A.Nərimanov vurğulayıb.

Chosen
129
az.trend.az

1Sources