EN

Muxtar respublikada bu ilin 9 ayında verilən güzəştli kreditlərin 7,7 milyon manatı geri qaytarılıb

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 2024-cü il 1 oktyabr tarixinə 5,6 milyon manatdan 2025-ci il 1 oktyabr tarixinə 2,7 milyon manat və ya 1,9 dəfə azalaraq 2,9 milyon manata endirilib.

Sahibkarlığın İnkişafı Fondundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, maliyyələşdirilmiş güzəştli kreditlərin 2025-ci ilin 9 ayı ərzində 7,7 milyon manatının geri qaytarılması təmin olunub.

Chosen
57
1
azertag.az

2Sources