EN

Siyəzəndə FACİƏ: Fermeri və inəklərini "TOK" VURDU

Siyəzəndə yüksək gərginlikli elektrik xətti qırılıb.

Bizim.Media xəbər verir ki, Sədan kəndinin ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində kənd sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədovu və ona məxsus 25 000 manat dəyərində 6 baş inəyini elektrik cərəyanı vurub.

6 baş inək tələf olub, xəstəxanaya yerləşdirilmiş S.Əhmədovun vəziyyəti qənaətbəxşdir.

Araşdırmalar aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
86
bizim.media

1Sources