ain.az bildirir, Bakivaxti portalına istinadən.
Prezident İlham Əliyev Azərbaycanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatları tam dəstəkləndiyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan lideri Astanada qazaxıstanlı həmkarı ilə təkbətək görüşündə deyib.
"Qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.