EN

Hidayət Heydərovdan tənqidçilərinə növbəti cavab: "Neqativ rəyləri axtarıb oxuyuram"

BAKI, 21 oktyabr. TELEQRAF

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Qvadalaxara Qran-Prisində qızıl medal qazandıqdan sonra fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, 28 yaşlı cüdoçu Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında özünü əla hiss etdiyini bildirib.

"Elə bil hər şeyi sıfırdan başladım. Bundan sonra davamı gələcək. Karyeramda eniş-yoxuşlar çox olub. Yenidən zirvəyə yüksələcəyimi bilirdim. Peşəkar idmanda enişlər və yüksəlişlər olur. Sən ya zirvədəsən, ya da enişdəsən. Eniş dövrüm vecimə deyil. Mən olimpiya, dünya və Avropa çempionuyam və yenidən qayıdacağıma əminəm. Bütün bu neqativ rəylər məni daha da həvəsləndirir. Hər yerdən bu rəyləri qəsdən axtarıb oxuyuram, çünki bunlar mənə stimul verir".

Chosen
101
teleqraf.com

1Sources