EN

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

"Nottinqem Forest" klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis Şon Deyç bu vəzifəyə gətirilib.

Əvvəlki baş məşqçi Angelo Postekoglu ilə yollarını ayıran "Nottinqem Forest"in yeni baş məşqçisi karyerasında artıq "Uotford", "Börnli" və "Everton" kimi klublarda təcrübə qazanan 54 yaşlı Deyçdir.

Klubla imzalanan müqavilə 2027-ci ilə qədərdir.

Hal-hazırda "Nottinqem Forest" İngiltərə Premyer Liqasının cədvəlində 18-ci pillədə qərarlaşıb və səkkiz oyun nəticəsində cəmi 5 xal toplayıb. Komanda növbəti oyununda "Bornmut"la qarşılaşacaq

Chosen
56
90deqiqe.az

1Sources