Son illər Orta dəhlizin əhəmiyyətinin daha da artması müşahidə olunur. Bir tərəfdən İrana qarşı sanksiyalar artır, digər tərəfdən isə Yaxın Şərqdəki hələ də sönməyən gərginlik Cənub üzərindən yüklərin daşınmasında çətinlik yaradıb. Həm də Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğundan Avropa İttifaqının Orta dəhlizə marağı artıb. Yalnız 2024-cü ildə Orta dəhliz vasitəsi ilə daşınan yüklərin həcmi 63 faiz artaraq 4.8 milyon tona çatıb. Beləliklə, Orta dəhliz vasitəsi ilə Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən, eləcə də qardaş Türkiyə vasitəsilə yüklərin Şərqdən Qərbə, yəni Asiyadan Avropaya daşınması artır.
Azərbaycan Orta dəhlizin genişlənməsinə töhfə verən ölkələrdəndir. Həm infrastrukturun genişləndirilməsi, həm Ələt limanının istifadəyə verilməsi, həm də elektron xidmətlərdən geniş istifadə edilməsi Azərbaycan üzərindən yüklərin daşınmasına marağın artmasına səbəb olub. Həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı aparılan müzakirələr və bu istiqamətdə gözləntilər də Orta dəhlizin regionda əhəmiyyətini artıracaq. Çünki Zəngəzur dəhlizi Orta dəhlizə inteqrasiya olunacaq və bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daha çox yükün Qazaxıstan və Azərbaycan vasitəsilə daşınmasına imkan yaradacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31