EN

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlayır!

Oktyabrın 24-də paytaxtımızda növbəti dəfə Bakı Caz Festivalına start verilir. Payız mövsümünün bu mühüm mədəniyyət tədbiri ABB-nin tərəfdaşlıq dəstəyi ilə keçirilir.

Bu il həm də Bakı Caz Festivalının 20 illik yubileyidir. 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanovun əsasını qoyduğu Bakı Caz Festivalı bu illər ərzində mədəniyyətlər və caz ənənələri arasında körpüyə çevrilib.

Festival 31 oktyabra qədər davam edəcək. Bu günlər ərzində Bakıda dünyanın tanınmış caz musiqiçiləri çıxış edəcəklər.

Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlarına qədər bir çox məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar təşkil olunacaq. Festivalda həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlərlə müzakirələr paneli keçiriləcək.

Builki festivalda sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi ustad dərsləri və konsertlər də nəzərdə tutulub.

ABB-nin müasir, faydalı vÉ™ universal mÉ™hsul vÉ™ xidmÉ™tlÉ™ri barÉ™dÉ™ mÉ™lumatları Bankın filial vÉ™ şöbÉ™lÉ™rindÉ™n, //abb-bank.az/ rÉ™smi internet sÉ™hifÉ™sindÉ™n vÉ™ ya 937 nömrÉ™li MÉ™lumat MÉ™rkÉ™zindÉ™n, hÉ™mçinin sosial ÅŸÉ™bÉ™kÉ™lÉ™rdÉ™ki rÉ™smi korporativ sÉ™hifÉ™lÉ™rindÉ™n É™ldÉ™ etmÉ™k olar.

Chosen
27
14
modern.az

10Sources