BAKI, 21 oktyabr. TELEQRAF
Almaniyanın "Bavariya" klubu baş məşqçsi Vensan Kompani ilə müqaviləni yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belçikalı mütəxəssis 4 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin yayından "Bavariya"nın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2024/25 mövsümündə Bundesliqanın qalibi olub.