Alyaska sammitindən sonra Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, bu gün CNN-in Putin-Tramp görüşünün təxirə salına biləcəyi barədə məlumat yaydığını öyrənəndə təəccübləndiyini söyləyib.
"Çünki Rubio ilə dünənki söhbətimizdən sonra oxudum ki, Amerika rəsmiləri Rusiyanın mövqeyinin o vaxtdan bəri faktiki olaraq dəyişməz qaldığı və onun ilkin maksimalist tələbləri çərçivəsində qaldığı qənaətinə gəliblər. Bəzi Qərb KİV-lərinin vicdansızlığı hamıya məlumdur. CNN də istisna deyil. Onlar ciddi analitik işlərlə məşğul olmurlar. Mən rəsmən təsdiqləmək istəyirəm ki, Putin və Trampın Alyaskada apardığı uzunmüddətli danışıqlar zamanı əldə olunan anlaşmalarla müqayisədə Rusiya mövqeyini dəyişməyib. Bu anlaşmalar o vaxt əldə edilmiş razılaşmalara əsaslanır və Tramp bunu heç bir yerə aparmayacaq dərhal atəşkəs deyil, uzunmüddətli və davamlı sülhə ehtiyac olduğunu söyləyərkən yığcam şəkildə ifadə edib", - Lavrov vurğulayıb.