EN

Paşinyan administrasiyası Azərbaycanın yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayır

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın administrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinə məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanatını alqışlayır.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkələrdə yazıb.

"Bu addım regional kommunikasiyaların açılması, etimadın gücləndirilməsi və iki ölkə arasında sülhün institusionallaşması prosesində mühüm əhəmiyyət kəsb edir", - Baqdasaryan yazıb.

Öz növbəsində, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, Qazaxıstandan buğda Azərbaycan və Gürcüstanın dəmir yolları vasitəsilə Ermənistana gətirilir:

"Yüklər Qazaxıstanın Aktau limanından Bakıya çatdırılacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
97
oxu.az

1Sources