EN

Gənc yaşında şöhrət, pul, patı - Bakının tanınmış modeli indi məhbusdur

Bir vaxtlar “Ağalarova” ləqəbi ilə tanınan model Diana Mehdiyeva indi məhbus həyatı yaşayır.

Publika.az xəbər verir ki, bloqçu və aparıcı Nail Kəmərli onunla cəzaçəkmə müəssisəsində görüşərək süjet hazırlayıb.

Narkotik vasitələrin külli miqdarda saxlanması, daşınması və istifadəsində ittiham olunan Diana başına gələnlərdən danışıb.

Gənc yaşlarında model kimi tanınan, 18 yaşında bu sahəyə qədəm qoyan Diana qısa müddətdə şöhrət qazanıb, maddi imkanları genişlənib. Lakin narkotiklə tanışlıq onun həyatını alt-üst edib. Model etiraf edib ki, bu vərdiş həm karyerasını, həm də dostlarını əlindən alıb. Çarəsiz qalan Diana Mehdiyeva bir müddət enerji içkilərinin bankalarını yığmaqla, hətta oğurluqla dolanmağa başlayıb.

Hazırda o, cəzasını çəkir və dörd ildən sonra azadlığa çıxacaq. D.Mehdiyeva deyir ki, o vaxta qədər 39 yaşı olacaq və bu illər onun üçün dərs olub:

Chosen
19
1
publika.az

3Sources