EN

Polşada təxribatda şübhəli bilinən 8 nəfər saxlanılıb

Polşa hakimiyyəti ölkə ərazisində təxribat hazırlamaqda şübhəli bilinən səkkiz şəxsi saxlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə baş nazir Donald Tusk oktyabrın 21-də X (keçmiş Twitter) sosial şəbəkəsində məlumat verib.

“ABW (Daxili Təhlükəsizlik Agentliyi) digər xidmətlərlə birlikdə son günlər Polşanın müxtəlif bölgələrində təxribat hazırlamaqda şübhəli bilinən səkkiz nəfəri saxlayıb”, – Tusk paylaşımında bildirib.

Baş nazir qeyd edib ki, iş hazırda istintaq mərhələsindədir və əlavə əməliyyat tədbirləri davam etdirilir.

Məsələ ilə bağlı daha geniş açıqlamanı Polşa xüsusi xidmət orqanlarının koordinatoru, nazir Tomaş Siemonyak verib. Onun sözlərinə görə, saxlanılan şəxslər hərbi obyektlərin və kritik infrastrukturun kəşfiyyatını aparmaq, təxribat üçün resurslar hazırlamaq və birbaşa hücumlar planlaşdırmaqda şübhə altındadırlar.

Hazırda istintaq Polşa təhlükəsizlik orqanlarının nəzarəti altındadır və rəsmi qurumlar ictimaiyyəti əlavə məlumatlarla təmin edəcəklər.

Xəbər 3 dəfə oxunub.
Chosen
103
xezernews.az

1Sources