Hazırda MLS təmsilçisi "Vankuver"də çıxış edən təcrübəli alman yarımmüdafiəçi Tomas Müller Hans-Diter Flikin çalışdırdığı "Barselona"ya mümkün keçidi barədə danışıb.
Fanat.Az xəbər verir ki, Müllerin açıqlamasınıə "Blickpunkt Sport" belə təqdim edib:
"Barselona"dakı gələcəyimi təsəvvür edə bilərəm. Əgər Flik çağırsa, Kataloniya klubuna keçidim tamamilə mümkündür. "Barselona" top-klubdur".
Xatırladaq ki, Hans-Diter Flikin rəhbərlik etdiyi Kataloniya klubu ötən mövsüm La Liqa çempionu olub. "Barselona" hazırda ölkə çempionatının turnir cədvəlində ikinci yerdədir.
Mirağa