
Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan üzərindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Bu addım Vaşinqton razılaşmalarına uyğun olaraq, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və iki ölkə arasında sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, - o qeyd edib.