"DH Volley” komandası “Azerrail” üzərində qələbə qazanıb
Offsideplus.az xəbər verir ki, qadın voleybolçular arasında keçirilən Yüksək Liqa oyununda “DH Volley” və “Azerrail” komandaları qarşılaşıb.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan qarşılaşma qadın voleybolçular arsında gedən gərgin mübarizə ilə yadda qalıb. Görüşün taleyi tay-brekdə həll olunub və beş setlik oyunun yekununda “DH Volley” qalib gəlib – 3:2 (23:25, 25:20, 25:11, 23:25, 15:12).
Beləliklə, onlar Yüksək Liqaya qələbə ilə start verib.
Qeyd edək ki, “DH Volley” komandası “Azərlotereya” ASC-nin dəstəyi ilə yaradılıb.