BAKI, 21 oktyabr. TELEQRAF
"Şəmkir" klubu baş məşqçi Vüqar Nadirovla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Şəmkir II Liqada 6 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşıb.