EN

Polşa Putini hədələdi: Moskva belə reaksiya verdi

Polşanın Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin təhlükəsizliyini təhdid etməsi Varşavanın terror aktları törətməyə hazır olduğunu sübut edir.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Polyaklar indi terror aktlarını özləri törətməyə hazırdırlar”, - Lavrov bildirib.

Nazir əlavə edib ki, Polşa “Şimal axını” kəmərinə qarşı törədilmiş terror aktını da məhkəmə qərarı ilə əsaslandırmağa çalışıb.

Xatırladaq ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bəyan etmişdi ki, Rusiya prezidentinin təyyarəsi Polşa hava məkanından keçəcəyi təqdirdə, onun təhlükəsizliyinə zəmanət verilmir.

Chosen
63
publika.az

1Sources