UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada "Qarabağ"ı qəbul edəcək "Atletik" klubunun iştirak ərizəsi açıqlanıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Bilbao təmsilçisinin baş məşqçisi Ernesto Valverde 23 nəfərlik siyahıya aşağıdakı futbolçuların adlarını daxil edib:
Qapıçılar: Unay Simon, Alexandro Padilya
Müdafiəçilər: Andoni Qorosabel, Daniel Vivian, Aytor Paredes, Xesus Areso, Emerik Lyaport, İnyiqo Lekue, Yuri Berçiçe, Adama Boyro
Yarımmüdafiəçilər: Aleks Berenqer, Oyan Sanset, İnyiqo Qalarreta, Mikel Xaureqisar, Unay Qomes, Robert Navarro, Alexandro Reqo
Hücumçular: İnyaki Uilyams, Niko Uilyams, Qorka Quruseta, Maroan Sannadi, Niko Serrano.
Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.(unikal.az)