EN

Avropanın biabırçı çöküşü...

Köhnə dünya beynəlxalq arenada “ikinci dərəcəli vətəndaşa” çevrilib...

Müəllif Con Kampfner
“Foreign Policy” nəşri

Avropa bu gün öz siyasi iradəsini və qlobal təsir gücünü itirib, ABŞ-nin və Donald Trampın siyasi orbitində “tabe mövqeyə” düşüb.

NATO-nun baş katibi Mark Ryuttenin bu yay ABŞ prezidenti Donald Trampı səhnədə “ata fiquru” kimi tərifləməsi Avropanın simvolik təslimiyyətinin göstəricisinə çevrilib. Müəllif yazır ki, Avropa liderləri artıq nə siyasi, nə də mənəvi baxımdan müstəqildir və Trampın hər addımına alqış tutmaqla öz gücsüzlüyünü nümayiş etdirirlər.

Trampın “şou diplomatiyası” və Avropanın alçaldılması

Con Kampfnerin fikrincə, Trampın ikinci prezidentlik dövrünün ilk ili “siyasi tamaşaya” çevrilib. O, Şarm əl-Şeyxdəki sammitdə Britaniya baş naziri Kir Starmeri “müvəqqəti səhnədən uzaqlaşdıraraq” ələ salıb, İtaliyanın baş naziri Corciya Melonini “gözəl qadın” adlandırıb, Fransa prezidenti Emmanuel Makron və Kanada baş naziri Mark Karni ilə isə açıq-açıq istehza edib. Almaniya kansleri Fridrix Merts isə ümumiyyətlə, Trampın nitqində bir dəfə belə xatırlanmayıb.

Bu jestlər “sadəcə zarafat” deyil, əksinə, Avropanın siyasi nüfuzunun enişinin göstəricisidir. ABŞ lideri, faktiki olaraq, Avropanı “öz səhnəsinin ikinci dərəcəli aktyorlarına” çevirib.

Qitənin zəifləməsinin səbəbləri

Avropanın zəifləməsinin əsas səbəbi onun daxili sistemidir: bürokratiya, innovasiyalardan çox tənzimləmələrə üstünlük verilməsi və texnologiya, xüsusilə süni intellekt sahəsində geri qalması. Alman “Axel Springer” konserninin rəhbəri Matis Döpfnerin sözlərinə istinad edən müəllif yazır: “Avropa öz enerjisini ‘woke’ mədəniyyəti və senzura üzərində sərf edir, halbuki dünya rəqəmsal inqilab dövrünü yaşayır.”

Tramp administrasiyası da bu səbəbdən çoxsaylı beynəlxalq institutlara, o cümlədən Avropa İttifaqına şübhə ilə yanaşır. ABŞ indi çoxmillətli strukturlara deyil, “liderlər arasındakı fərdi münasibətlərə” üstünlük verir.

Avropanın çıxış yolu: soyuqqanlılıq və uzunmüddətli strategiya

Avropa liderləri, Starmer, Makron və Merts indi Trampın “əhvalından” asılı vəziyyətə düşüblər. Onlar anlayırlar ki, artıq ABŞ-ın diqqəti təkcə Avropaya yönəlmir və Vaşinqton üçün Britaniya və ya Fransa, Səudiyyə ƏrəbistanıQətər kimi “orta səviyyəli müttəfiqlər” kateqoriyasına daxildir.

Trampın “dostu” kimi təqdim etdiyi Misir prezidenti Əbdülfəttah əs-Sisiyə göstərdiyi hörmət, müəllifin fikrincə, bu yeni dövrün rəmzidir və Vaşinqton üçün artıq demokratiya deyil, şəxsi münasibətlər mühümdür.

Trampın ritorikasına qarşı durmaq, amma ehtiyatla..

Bəzi Avropa liderləri, məsələn, İspaniya baş naziri Pedro Sançes və Kanada baş naziri Mark Karni Trampa qarşı açıq mövqe tutmağa çalışır. Sançes ABŞ-ın təzyiqlərinə baxmayaraq, hərbi xərcləri artırmaqdan imtina edib. Karni isə Kanadanın “ABŞ-ın 51-ci ştatı” olacağı barədə Trampın təklifini sərt tənqid edib və nəticədə gömrük rüsumlarına məruz qalıb.

Yeni reallıq: Avropa ikinci sırada...

Avropa artıq qlobal güc deyil. Qitə, nə enerji, nə hərbi, nə də diplomatik sahədə ABŞ-la bərabər səviyyədə deyil. Trampın hakimiyyəti dövründə Avropa liderlərinin Vaşinqtona “sadiqlik mərasimləri” onun öz taleyinə boyun əyməsinin simvoluna çevrilib.

Avropa artıq müstəqil oyunçu deyil, sadəcə ABŞ-nin qurduğu səhnədə oynayan tamaşaçıdır”, deyə müəllif vurğulayır.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Chosen
63
poliqon.info

1Sources